Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ÇİN PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
ŞƏHƏRLƏ TANIŞLIQ

İyunun 15-də Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi sədrinin müavini Timur Davamat başda olmaqla Çin parlamentinin nümayəndə heyəti ölkəmizə gəlmişdir. 

Azərbaycanın Gürcüstanla sərhədində - Qırmızı körpüdə qonaqları Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Çinin Azərbaycandakı səfiri Çjan Siyun və digər rəsmi şəxslər qarşılamışlar.

İyunun 16-da Çin parlamentinin üzvləri Azərbaycan paytaxtına gəzintiyə çıxmış, Bakının görməli yerləri – Nizami meydanı, Şirvanşahlar sarayı ilə tanış olmuş, İçərişəhərə baxmışlar. Qonaqlar Azərbaycan Dövlət İncəsənət Muzeyinə də getmişlər. Muzeydə müxtəlif eksponatlarla yanaşı, Çinin orta əsrlərə aid çini qablarının nümunələri də nümayiş etdirilir.

X X X

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

İyunun 17-də Çin parlamenti üzvlərinin səfər proqramı Şəhidlər xiyabanını ziyarətlə başlamışdır. Qonaqlar ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarını qurban vermiş Azərbaycan övladlarının xatirəsini yad etdilər.

Nümayəndə heyətinin rəhbəri Timur Davamat şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Şəhidlər xiyabanını ziyarət zamanı qonaqları Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Əhmədov, Çinin Azərbaycandakı səfiri Çjan Siyun müşaiyət etmişlər.

X X X

 

PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Ümumçin Xalq Nümayəndələri Məclisi nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşlər.

Dostluq qrupunun rəhbəri Əli Əhmədov səmimi şəraitdə keçən görüşdə xüsusi vurğulamışdır ki, Çin ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. İldən ilə möhkəmlənən əlaqələrin mühüm tərkib hissəsi parlamentlərarası münasibətlərdir. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin Azərbaycana rəsmi səfəri və Milli Məclisin sədri Murtuz Ələsgərovun bu yaxınlarda Çinə səfəri parlamentlərarası əlaqələrin inkişafında böyük rol oynamışdır. Əli Əhmədov razılıqla bildirmişdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məsələsində Çin ölkəmizin ədalətli mövqeyini daim dəstəkləyən dövlətlər sırasındadır.

Çin nümayəndə heyətinin rəhbəri Timur Davamat qonaqpərvərliyə görə təşəkkür edərək, Tibet və Tayvan ətrafında problemlərin həllində onun ölkəsinin mövqeyini dəstəklədiyi üçün Azərbaycan tərəfinə minnətdarlığının bildirmişdir. O, ikitərəfli münasibətlərin yüksək səviyyəsi barədə deyilənlərlə razılaşaraq vurğulamışdır ki, Çin Azərbaycanla əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Qonaq parlamentlərarası münasibətlərin inkişafına toxunaraq demişdir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycanın regionları ilə əməkdaşlığa maraq göstərən böyük əyalətlərinin təmsilçiləri daxildirlər.

Görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Çinin Azərbaycandakı səfiri Çjan Siyun iştirak edirdilər.

X X X

MİLLİ MƏCLİSDƏ QƏBUL

Elə həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərov Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi sədrinin müavini Timur Davamat başda olmaqla Çin parlamentinin nümayəndə heyətini qəbul etmişdir.

Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq xatırlatmışdır ki, onların ölkəmizə səfəri və Timur Davamatın doğum günü Azərbaycanın ümumxalq bayramına – Milli Qurtuluş gününə təsadüf etmişdir. O, Timur Davamatı təbrik edərək, əmin olduğunu bildirmişdir ki, Çin parlamenti üzvlərinin səfəri Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı əsası qoyulmuş qarşılıqlı surətdə faydalı ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək göstərəcəkdir. Dövlətimizin başçısının həmin səfər zamanı ÇXR-in sədri Tszyan Tszeminlə və ölkənin digər rəhbərləri ilə görüşləri nəticəsində onlarca sənəd, o cümlədən əməkdaşlıq haqqında birgə rəsmi məlumat imzalanmışdır.

Murtuz Ələsgərov vurğulamışdır ki, diplomatik münasibətlər yaradıldıqdan sonra, ümumdövlət əlaqələrinin ayrılmaz tərkib hissəsi olan parlamentlərarası əlaqələr intensiv inkişaf etməyə başlamışdır. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin 2000-ci ildə respublikamıza rəsmi səfəri, onun Azərbaycan Prezidenti Heydər Əliyev ilə, ölkə parlamenti və hökumətinin rəhbərləri ilə görüşləri Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf etməsinə yeni təkan vermişdir. Milli Məclisin nümayəndə heyətinin Çinə bu yaxınlardakı səfəri parlamentlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynamışdır. Azərbaycan parlamentinin üzvləri eyni zamanda Sülh Naminə Asiya Parlamentlərarası Assosiasiyası III Baş assambleyasının işində də iştirak etmişlər.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin perspektivlərindən danışaraq demişdir ki, ÇXR beynəlxalq aləmdə baş verən hadisələrə güclü təsir göstərən iri dövlətlərdən biridir. Ona görə də Çin ilə qarşılıqlı münasibətlər Azərbaycanın xarici siyasətində öncül yer tutur. O, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesi barədə də məlumat vermiş, ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Çin hökumətinə təşəkkürünü bildirmişdir. Murtuz Ələsgərov xüsusi vurğulamışdır ki, “Ermənistanın yeritdiyi separatçılıq və təcavüzkar millətçilik siyasəti beynəlxalq prinsiplərə ziddir”.

Timur Davamat Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması fikri ilə razılaşaraq bildirmişdir ki, ölkəmizdə olduğu günlərdə o, Azərbaycanın tərəqqi və iqtisadi inkişaf yoluna qədəm qoyduğunu yəqin etmişdir. ÇXR-in sədri Tszyan Tszemin və parlamentin sədri Li Pen Azəbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verirlər.

Nümayəndə heyətinin rəhbəri Çin parlamenti sədrinin salamını Murtuz Ələsgərova yetirərək xatırlatmışdır ki, Li Pen gəncliyində Mingəçevir SES-in tikintisində iştirak etmişdir.

Qonaq vurğulamışdır ki, dövlətlər arasındakı bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi beynəlxalq hüquq çərçivəsində və sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsiplərinə riayət olunmaqla həll edilməlidir. O, Tayvan və Tibet məsələlərində Çinin mövqeyini dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Daha sonra Timur Davamat üç min deputatı olan Çin parlamentinin fəaliyyəti haqqında məlumat vermişdir. O, həmçinin bildirmişdir ki, onun ölkəsi bu yaxınlarda Dünya Ticarət Təşkilatının üzvü olmuşdur, bu isə Çin parlamentindən qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmağı tələb edir.

Qəbulda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Çinin Azərbaycandakı səfiri Çjan Siyun iştirak edirdilər.

YAZIÇILAR BİRLİYİNDƏ GÖRÜŞ

Günün sonunda Çin parlamentinin deputatları Azərbaycan Yazıçılar Birliyində olmuşlar.

Yazıçılar Birliyinin sədri, Milli Məclisinin deputatı Anar başçılıq etdiyi təşkilatın tarixi və bu günü barədə qonaqlara ətraflı məlumat vermişdir.

Nümayəndə heyətinin rəhbəri Timur Davamat dövlət təşkilatı olan Çin Yazıçılar Birliyinin strukturundan və fəaliyyətindən danışmış, özünün də bu birliyin üzvü kimi fəal ədəbi yaradıcılıqla məşğul olduğunu

bildirmişdir.

Səmimilik şəraitində keçən görüşdə ölkələrimizin ədibləri arasında sıx əlaqələr qurulmasının zəruriliyi vurğulanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək