DÜNYA


Çadda silahlı qarşıdurma: 37 nəfər öldürülüb

Bakı, 9 avqust, AZƏRTAC 

Çadda çobanlar və fermerlər arasında baş verən silahlı qarşıdurmada ilkin məlumata görə 37 nəfər öldürülüb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çad Prezidenti İdris Debi ölkənin şərqindəki Ouaddai şəhərində baş verən hadisə ilə bağlı jurnalistlərə açıqlama verib. Bildirib ki, xoşagəlməz anların şahidi oluruq, etnik qarşıdurmalar narahatlıq yaradan milli məsələyə çevrilib. Prezident, həmçinin bu münaqişələrə son qoymaq üçün hərtərəfli sosial dialoqa başlanacağını da deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.