REGİONLAR


Çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. 2020-ci ildən etibarən çəltik sahələrinə görə 1,4 əkin əmsalı ilə subsidiya veriləcək. Çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a bildirib ki, Aqrar Subsidiya Şurasının qərarı ilə çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir. Bu o deməkdir ki, subsidiya yalnız adları çəkilən rayonlarda əkilmiş çəltik sahələrinə görə veriləcək. Hazırda ölkədə çəltik yalnız qeyd olunan 13 rayonun ərazisində əkilir. Gələcəkdə digər rayonların ərazisində də çəltik əkini aparılarsa, Aqrar Subsidiya Şurası 1,4 əmsalının həmin rayonlara da şamil edilməsi barədə qərar qəbul edə bilər.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb. Ötən il ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. Çəltik üzrə orta məhsuldarlıq 30 sent/ha təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.