DÜNYA


Çin Kommunist Partiyasının 19-cu milli qurultayında ölkə rəhbərliyi seçiləcək

Pekin, 17 oktyabr, AZƏRTAC

Çin Kommunist Partiyasının (ÇKP) oktyabrın 18-də işə başlayacaq 19-cu milli qurultayında partiya rəhbərliyinin yeni tərkibi formalaşacaq.

AZƏRTAC xəbər verir ki, qurultayda bundan başqa, ölkə həyatı üçün ən əhəmiyyətli qərarlar qəbul ediləcək, növbəti beş il üçün inkişaf planı təsdiqlənəcək, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və partiyanın mərkəzi komissiyalarının gördüyü işlərə dair hesabatları dinləniləcək, partiyanın konstitusiyasına düzəlişlərə və cari məsələlərə baxılacaqdır.

Pekindəki Xalq Yığıncaqları Sarayında keçiriləcək qurultayda Çinin 31 vilayətindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin departamentlərindən, dövlət qurumları və müəssisələrindən, Çin silahlı qüvvələrindən, partiyanın Tayvan bölməsindən, ümumilikdə 2287 nümayəndə iştirak edəcək.

Qurultayı işıqlandırmaq üçün 3 mindən çox jurnalist, o cümlədən təxminən 1500 əcnəbi qələm sahibi qeydiyyatdan keçib.

Qeyd edək ki, 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına (89 milyon nəfər) görə dünyada ən böyük siyasi partiyadır. Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın 3 milyondan çox ərazi ilk təşkilatı vardır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.