DÜNYA


Çin Kommunist Partiyasının 19-cu qurultayı başa çatıb

Pekin, 24 oktyabr, AZƏRTAC

Çin Kommunist Partiyasının (ÇKP) 19-cu milli qurultayı başa çatıb.

AZƏRTAC xəbər verir ki, qurultayın son günündə – oktyabrın 24-də partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi formalaşıb. Çin Xalq Respublikasının Sədri, ÇKP-nin baş katibi Si Cinpin, habelə Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan partiyanın Mərkəzi Komitəsinin yeni tərkibində yer alıblar.

Qurultayın son günü ÇKP-nin Mərkəzi İntizam Komissiyasının yeni tərkibi də formalaşıb. Bundan başqa, partiyanın nizamnaməsinə təklif olunan düzəlişlər təsdiq olunub, ÇKP-nin 18-ci qurultayının və Mərkəzi İntizam Komissiyasının hesabatları təsdiqlənib.

Oktyabrın 25-də ÇKP-nin Mərkəzi Komitəsinin ilk plenumunda partiyanın Siyasi Bürosunun və Siyasi Büronun Daimi Komitəsinin yeni tərkibi müəyyən olacaq.

Qeyd edək ki, Kommunist Partiyasının beş ildən bir keçirilən qurultayı ölkənin siyasi həyatında ən böyük hadisə hesab olunur. Oktyabrın 18-də Pekindəki Xalq Yığıncaqları Sarayında işə başlayan budəfəki qurultayda Çinin 31 vilayətindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin departamentlərindən, dövlət qurumları və müəssisələrindən, Çin Silahlı Qüvvələrindən, partiyanın Tayvan bölməsindən ümumilikdə 2287 nümayəndə iştirak edib. ÇKP üzvlərinin sayına (89 milyon nəfər) görə dünyada ən böyük siyasi partiyadır. Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın 3 milyondan çox ərazi ilk təşkilatı var.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.