DÜNYA


Çin dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsini uğurla sınaqdan keçirib

Bakı, 18 oktyabr, AZƏRTAC

Çində istehsal olunan dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi ilk uçuş sınağını uğurla başa vurub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə oktyabrın 16-da Daxili Monqolustan Muxtar Rayonunun Baotou şəhərindəki sınaq poliqonundan havaya qalxıb.

“Feyxun-98” (“Uçan qu quşu-98”) Çinin kosmik elmlər və texnika korporasiyası (CASC) tərəfindən “Yun-5B” nəqliyyat təyyarəsinin prototipinin bazasında layihələndirilib. Təyyarədə yeni pilotsuz idarəetmə sistemi tətbiq olunub.

“Feyxun-98” təyyarəsinin maksimal uçuş çəkisi 2,5 ton, yük bölməsinin həcmi 15 kubmetr, yükqaldırma qabiliyyəti isə 1,5 tondur. Təyyarə 4,5 min metr maksimal yüksəklikdə saatda 180 kilometr sürətlə uçmaq üçün nəzərdə tutulub. Pilotsuz uçuş aparatı əlavə yanacaq götürmədən 1,2 min kilometr məsafəni qət edə bilir. Uçuş və enişinə 150 metrlik zolaq kifayət etdiyindən təyyarə mürəkkəb relyefli rayonlara yük nəqli üçün münasibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.