DÜNYA


Çində avtomobil satışında son 20 ildə ilk dəfə azalma müşahidə olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Dünyanın ən böyük bazarı sayılan Çində avtomobil satışında son 20 ildə ilk dəfə azalma müşahidə olunub.

AZƏRTAC BBC-ə istinadla xəbər verir ki, 2018-ci ildə Çində avtomobil satışı 6 faiz azalaraq 22,7 milyon ədəd təşkil edib. Çinin avtomobil bazarında müşahidə olunan bu azalma ölkə iqtisadiyyatının zəifləməsi fonunda baş verib.

Buna baxmayaraq, Çinin ən müvəffəqiyyətli avtomobil istehsalçısı olan “Geely” bu il satışı çoxaldacağına inanır.

Xarici avtomobil istehsalçıları da, o cümlədən “Ford”, “Volkswagen”, “Jaguar Land Rover” və “General Motors” son aylar ərzində Çin bazarında az avtomobil satdıqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.