DÜNYA


Çində kömür mədəninin dağıntıları altında qalmış 21 şaxtaçı həyatını itirib

Bakı, 13 yanvar, AZƏRTAC

Çinin hakimiyyət orqanları Şansi vilayətindəki kömür mədənində baş verən çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçının həlak olduğunu bildiriblər.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.