DÜNYA


Çində naməlum şəxs odlu silahla 5 nəfəri öldürüb

Pekin, 25 mart, AZƏRTAC

Çinin Daxili Monqolustan muxtar bölgəsində naməlum şəxs odlu silahla 5 nəfəri öldürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Kaylu dairəsinin yerli idarəetmə orqanı məlumat yayıb.

Hadisə yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 11:30) baş verib. Hadisəni törədən şəxs polisin açdığı atəşdən sonra yaralı olaraq ələ keçirilib. Hazırda təhqiqat aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.