CƏMİYYƏT


Çiy su orqanizm üçün faydalıdır

Bakı, 22 aprel, AZƏRTAC

İnsanların əksəriyyəti qaynanılmış suyun orqanizmə ziyanlı olduğunu düşünərək onu çiy halda içir. Su qaynadıqda tərkibindəki kalsium, maqnezium, karbonat və digər minerallar buxarlanır.

Həkim-fitoterapevt Esmira Zeynalova bu barədə deyib: “Su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır və nəticədə çətin mənimsənilir. Daim qaynadılmış su içənlərin dəri rəngi solğun, saçları cansız olur. Mütəxəssislərin fikrincə, çiy su içənlərin fiziki aktivliyi daha yüksəkdir. Görünür, bir dəfədən artıq qaynayan suyun “ölü su” adlandırılması heç də təsadüfi deyil. Su 60 dərəcə qaynayandan sonra onun tərkibində olan minerallar parçalanır və orqanizmdə fəsad yaradır. Gün ərzində hər kiloqram bədən çəkisi üçün 30 milliqram çiy su qəbul edilməlidir”.

Onun dediyinə görə, suyu qaynatmadan içmək orqanizm üçün daha faydalıdır. Qaynanmış su içməkdən çəkinənlər unutmamalıdırlar ki, təmizləmə prosesindən keçmiş suyun qəbulu orqanizmə müsbət təsir göstərir və müxtəlif filtrlər vasitəsilə həmin problemi aradan qaldırmaq olar.

Sağlam və yetkin kişilərdə bədən ağırlığının 60, qadınlarda isə 50 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, maye qəbulunun əhəmiyyətini daha aydın dərk etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.