İDMAN


Canni De Byazi: Uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq

Bakı, 9 sentyabr, AZƏRTAC

Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 8-də UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr millisini minimal hesabla məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, oyunu tam heyətlə tamamladığından çox sevinclidir. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gəlməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.

“İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”, - deyə Canni De Byazi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.