İQTİSADİYYAT


Cari ildə Nərimanov rayonu üzrə 7 küçə təmir edilib VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən, Bakı şəhərinin Nərimanov rayonunda ümumi uzunluğu 7,6 kilometr olan 7 küçə təmir edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər 350 metr və Təbriz küçəsindən Aşıq Alı küçəsinədək 284 metrlik hissələri, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan və Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən, ümumi uzunluğu 1500 metr olan hissələri, uzunluğu 1830 metr təşkil edən Müzəffər Nərimanov, 476 metr uzunluğa malik Ülvi Bünyadzadə, 340 metr uzunluğunda olan Tələt Şıxəliyev, 1620 metr uzunluğa malik Məsud Əlizadə və uzunluğu 1230 metr təşkil edən Əliəşrəf Əlizadə küçələri əsaslı şəkildə təmir olunub.

Adıçəkilən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılaraq istifadəyə verilib.

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na əsasən Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.