Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisi və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sərgisi öz işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, sərgilərin işində ən mühüm hadisələrdən biri dövlət başçısının tədbirə qatılması olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış olublar. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.

Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunub. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə isə milli stendlərlə təmsil olunub. "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiya, eləcə də ilk dəfə sərgiyə gələn Tunis və Çexiyanın regional qrupları iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə "Grow Group" Azərbaycan, "Maschio Gaspardo", "New Holland", "Rostselmash", "MySilo", "Rauch Landmashchinen", "SwissGrow", "AfiMilk", "Gowan", "Can-Pa", həmçinin Çexiya, İtaliya, Belarus, Gürcüstan, ABŞ və Niderland şirkətlərinin stendləri ilə tanış olublar. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin və biçin üçün aqreqatlar və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirilib ki, qida təhlükəsizliyi kənd təsərrüfatı məhsullarının istehsalında ən vacib şərtlərdən biridir və buna görə də Naxçıvan fermerləri üzvi məhsulların becərilməsinə üstünlük verirlər.

Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xüsusi təqdimat hazırlanıb. Azərbaycanda aqrar sektorun inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Pavilyonda elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, "yaşıl" enerji mənbələri ilə bağlı qurğular və məhsullar təqdim olunub.

Burada müxtəlif müsabiqə və yarışların qalibləri olan kənd təsərrüfatı startapçılarının təqdim etdiyi arıların varroatozuna qarşı mübarizə üsulları, ənənəvi balıqçılıq üsullarını hidropon əkinçiliklə birləşdirən sistem, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, avtomobillər üçün portativ enerji bloku, külək və günəşi müşahidə qurğuları, idarə olunan günəş panelləri, uzaqdan idarə olunan sayğaclar, külək turbinləri, iqlim stansiyaları, dəqiq suvarmanı idarəetmə sensorları, suvarmada istifadə olunan, günəş enerjisi ilə işləyən inventorlar nümayiş etdirilib.

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim ediblər.

Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlərin sərgilərdə ənənəvi iştirakı beynəlxalq əməkdaşlığın səciyyəvi xüsusiyyətlərini daha da rəngləndirib. Bu il "Caspian Agro" sərgisində Azərbaycanın qırx rayonundan rekord sayda fermer iştirak edib.

Sərgi çərçivəsində "Azərtexnika" MMC, "Aqritex" MMC, "Aqromotors" və Gəncə Avtomobil Zavodu tərəfindən kənd təsərrüfatında istifadə olunan texnika açıq meydançada nümayiş etdirilib.

Aqrar innovasiya forumu böyük maraq doğurub. Burada "Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti", "Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar", "Üzvi kənd təsərrüfatı", "Rəqəmsal kənd təsərrüfatı", "Yaşıl kənd təsərrüfatı" və s. mövzular müzakirə olunub.

Sərgilərin xarici iştirakçıları ənənəvi B2B görüşlərinin məhsuldarlığını xüsusi qeyd ediblər ki, bu da təkcə Azərbaycan şirkətləri ilə deyil, həm də digər ölkələrin alıcıları ilə uzunmüddətli əməkdaşlığa təsir göstərir.

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinin təşkilatçıları "Caspian Event Organisers" şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb