Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Caspian Energy Club” növbəti dəfə “Onlayn B2G Forum” təşkil edib

“Caspian Energy Club” növbəti dəfə “Onlayn B2G Forum” təşkil edib

Bakı, 21 oktyabr, AZƏRTAC

“Caspian Energy Club”un Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva ilə birgə təşkil etdiyi ənənəvi “Onlayn B2G Forum”u çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

T.Əliyev bildirib ki, yalnız güclü iqtisadiyyatı olan güclü orduya malik ola bilər. “Biz biznesin problemlərini öyrənmək üçün tədbirlərin təşkilini onlayn rejimdə davam etdiririk. Bu, dövlət-biznes dialoqunu əvvəlki səviyyədə saxlamağa və məhz koronavirus pandemiyasının çətin dövründə biznes nümayəndələrinə dövlətin dəstəyini hiss etməyə imkan verir”, - deyə baş icraçı direktor qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini S.Musayeva Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, işğalçı ölkənin Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün aparılan əks-hücum əməliyyatı barədə məlumat verib.

Düşmənin cəbhəyanı bölgələrdə yerləşən mülki obyektləri hədəfə aldığı və nəticədə çoxsaylı sahibkarlıq obyektlərinin düşmən zərbələrinə məruz qaldığı qeyd edilib. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi, onların sosial, iqtisadi və maliyyə vəziyyətlərinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi addımlar atıldığı və bu məqsədlə Dövlət Vergi Xidməti tərəfindən cəbhəyanı ərazilərdə fəaliyyət göstərən vergiödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarların tam şəkildə ləğv edildiyi diqqətə çatdırılıb.

S.Musayeva tədbirin əsas məqsədinin koronavirus pandemiyasının iqtisadiyyata və biznes strukturlarına təsirləri, əsas iqtisadi prioritetlər, iş adamlarının mövcud şəraitdə qarşılaşdıqları məsələlərin müzakirəsi olduğunu bildirib. O, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyat və biznes üçün yaratdığı təsirlər barədə danışıb, dövlət tərəfindən epidemioloji vəziyyətin nəzarətə alınması məqsədilə iqtisadi aktivliyin məhdudlaşdırılmasına diqqət çəkib. Qeyd olunub ki, hazırda iqtisadi aktivliyin bərpa edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tədricən normal məcraya qaytarılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Rəis müavini pandemiyanın təsirlərinin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər, habelə yaranmış yeni şəraitdə dövlətin əsas iqtisadi prioritetləri haqqında məlumat verib. Bildirib ki, bunlar qeyri-neft sektorunun, ixracyönümlü istehsal fəaliyyətinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, şəffaf və rəqabətyönümlü sahibkarlıq mühitinin yaranması və onun dayanıqlı inkişafı, mikro və kiçik sahibkarların dəyər zəncirində rolunun artırılmasıdır. İqtisadi inkişafın və sadalanan prioritetlərin reallaşdırılmasının mühüm tənzimləyici elementlərindən biri isə səmərəli vergi mühitidir. Qeyd edilib ki, ötən dövr ərzində dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək, vergi sistemində bir sıra islahatların həyata keçirilməsinə başlanılıb və əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən islahatların əsas məqsədi iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın normal fəaliyyət göstərə bilməsi üçün əlverişli vergi mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafının genişləndirilməsi və kölgə iqtisadiyyatının azaldılmasına nail olmaqdır. Vergiödəyiciləri üçün səmərəli şəraitin yaradılması yalnız vergi yükünün azaldılması, yaxud təşviqlərin təmin edilməsi deyil, eləcə də ədalətsiz rəqabətə gətirib çıxaran qanunsuz fəaliyyətlərlə, real iqtisadi mahiyyətdən kənar əqdlər bağlamaqla hansısa üstün mövqe tutan sahibkarlara qarşı ciddi mübarizənin aparılmasıdır. Vergi sahəsində aparılan islahatlar nəticəsində sahibkarlara əlverişli şəraitin və investisiya mühitinin yaradılması, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, yoxlamaların sayının azaldılması, habelə vergiödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və məsafədən elektron nəzarət sisteminin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb və vergi yoxlamalarının keyfiyyəti artırılıb.

S.Musayeva vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması məqsədilə vergiödəyiciləri ilə açıq dialoqların keçirilməsi, sahibkarlıq subyektləri ilə mütəmadi görüşlərin təşkil edilməsi, sahibkarları narahat edən problemlərlə bağlı onların dinlənilməsi və operativ surətdə həllinin təmin edilməsi, qanunvericilikdəki qarşıya çıxan boşluqların aradan qaldırılması üçün onun təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdırıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edən, qanunla müəyyən olunmuş vergiləri ödəyən sahibkarların təşviq edilməsi, onların vergi yükünün aşağı salınması, qarşılıqlı münasibətlərin daha çox partnyorluq müstəvisində qurulması və qanunvericiliyin tələblərini pozan vergiödəyicilərinə qarşı daha sərt məsuliyyət tədbirləri həyata keçirilir. Bu yanaşma qarşılıqlı inam, etimad və şəffaflıq üçün son dərəcə zəruri olan elementlərdir.

Dövlət Vergi Xidmətinin nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyiblər.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru T.Əliyev açıq və səmimi dialoqa görə Dövlət Vergi Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Dövlət Vergi Xidməti ilə birlikdə daimi ikitərəfli işçi qrupun yaradılması ilə bağlı təklif irəli sürüb və bildirib ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri dövlət xidməti ilə müzakirə etməyə və operativ cavab verməyə imkan verəcək.

T.Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Tədbirin sonunda “Caspian Energy Club”un sədri T.Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürərək dəstək olmaqlarını, həmçinin şəhid ailələrinə, Orduda döyüşən əsgər və zabit ailələrinə maliyyə dəstəyi göstərməklərini xahiş edib. O, həmçinin üzv şirkətlərə müraciət edərək bir daha vurğulayıb ki, bütün xarici tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək