ELM VƏ TƏHSİL


Cəbhəyanı bölgədə təhsilin vəziyyəti müzakirə olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Ermənistanın son təxribatları nəticəsində cəbhəyanı bölgədə təhsilin vəziyyəti müzakirə olunub.

İctimai Şuradan AZƏRTAC-a bildirilib ki, iclasda düşmənin son təxribatlarından ən çox zərər çəkən sahələrdən birinin təhsil sektoru olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, təkcə birinci Qarabağ müharibəsi dövründə mindən çox məktəb dağıdılıb, minlərlə şagird doğma yurd-yuvalarından didərgin salınıb. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, habelə mülki əhali iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur. Mülki əhali qətlə yetirilib.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov son hadisələrin nəticəsi olaraq müəllimlərin və şagirdlərin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində 1200-dən çox məktəbin fəaliyyətini dayandırmasını iclas iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, düşmən tərəfinin son təxribatları nəticəsində iyirmi məktəb atəşə məruz qalıb, üç şagird qətlə yetirilib.

Nazir müşaviri hazırkı vəziyyətlə bağlı Təhsil Nazirliyinin gördüyü və planlaşdırdığı işlər barədə ətraflı məlumat verib.

Çıxışlarda müharibə dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili, məktəblərdə daha çox şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi üçün təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.