Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının cənub-qərb bölgəsi Cəbrayıl rayonu da daxil olmaqla, hələ qədim zamanlardan Ön Asiyanın qüdrətli tayfa və dövlətlərinin diqqətini cəlb edib. İskitlərin Ön Asiyadan şimala və əksinə olan yürüşlərini göstərən xəritələrdə Arazboyu düzənlik (o cümlədən indiki Cəbrayıl və Zəngilan rayonlarının ərazisi) əsas hərəkət istiqamətlərindən biri kimi qeyd olunur. Daha sonralar Miletli Hekatey (e.ə. VI-V əsrlər) Araz çayı sahilində yaşayan mikilərdən, Polibi (e.ə. III-II əsrlər) Midiyadan şimalda yaşayan elimey, aniariak tayfalarından, Plutarx (I-II əsrlər) Araz çayı sahillərində yaşayan azad tayfalarından danışır. Antik və Erkən Orta əsrlərdə indiki Cəbrayıl rayonunun ərazisi Azərbaycanın qədim və ən uzun ömürlü dövlətlərindən olan Albaniyanın cənub sərhədlərində mühüm məntəqələrdən biri olub. Strateji mövqeyinə görə bu bölgə sonralar da – Ərəb Xilafətinin dağılması nəticəsində yaranan Azərbaycan Sacilər, Salarilər, Şəddadilər dövlətlərinin mövcud olduqları dövrdə - Səlcuqlar və Azərbaycan Atabəyləri, monqol Hülakülər dövləti zamanında - Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi qüdrətli səltənətimiz olan çağlarda öz əhəmiyyətini saxlayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyib.

O bildirib ki, Cəbrayılın bütün ərazisi başdan-başa müxtəlif tarixi dövrlərə aid abidələrlə zəngindir. Təəssüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənarda qalmışdı. Yalnız ötən əsrin 70-ci illərində sistemsiz də olsa, ilkin araşdırmalar başlandı. Həmin dövrdə Araz çayı üzərində iki böyük su qovşağının (Xudafərin - uzunluğu 38 km və Qız qalası - uzunluğu 11 km) tikilməsi ilə bağlı Sovet-İran razılaşmasından sonra Cəbrayıl, eləcə də Zəngilan rayonunun ərazisindəki arxeoloji abidələri tədqiq etmək üçün R.Göyüşovun rəhbərliyi ilə kompleks ekspedisiya yaradılmışdı. Həmin illərdə Cəbrayıl rayonundakı 11 və 15 aşırımlı Xudafərin körpüləri Azərbaycanın görkəmli memarları Ə.Salamzadə və K.Məmmədzadə tərəfindən ətraflı şəkildə öyrənildi. Su qovşağı ərazisinə düşən kəndlərə (o cümlədən, Cəbrayıl rayonunun Xudafərin, Qumlax və Havalı kəndlərinə) səfərlər təşkil edildi. Tanınmış alim M.Nemətova Cəbrayıl rayonunun Şıxlar və Xubyarlı kəndlərindəki türbələrin üzərindəki kitabələri araşdırıb onların XIV əsrin əvvəllərində inşa olunduğunu, qoç fiqurları olan köhnə qəbiristanlıqların isə XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirimişdi.

Müsahibimizin sözlərinə görə, 1989-cu ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni - III dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoyuldu. Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində 20-dən çox müxtəlif dövrlərə aid yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin yoxlama qazıntılar aparıldı. Ümumiyyətlə rayon ərazisindəki abidələri bir neçə qrupa ayırmaq olar. Onların arasında ən qədimi Dağ Tumas və Şıxlar kəndi ərazisindəki mağaralardır. Qarabağ silsiləsinin cənub-qərb ətəklərində həm də hündürlüyü 1579 metr olan "Dağ Tumas" adlı zirvə də var. 1989-cu ildə kəndin ərazisində yerləşən XIII-XIV əsrlərə aid Başıkəsik gümbəzi və “Divlər sarayı” adlı mağaranı nəzərdən keçirmişdik. Qayalıqlar altında iri konusvari tavanı olan bu mağarada təmiz hava, 4-5 metr qalınlığında torpaq qatı var, qarşısında qayalar arasından çay axır, bulaqlar qaynayır. İbtidai insanın yaşayışı üçün burada hər cür əlverişli şərait olub. Təəssüf ki, qeyd olunan mağaralarda tədqiqat aparılmayıb.

Tarixçi alim qeyd edib ki, rayon ərazisində Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidələrə daha çox təsadüf edilir. Karxulu kəndi yaxınlığındakı qədim yaşayış yerinin tədqiqi bu abidənin İlk Tunc dövrünə aid olduğunu göstərir. Kənddən 1,5 kilometr şimalda Cinli dərə və İncirli bulağı adlanan yerdə də həmin dövrə aid böyük bir yaşayış məskəninin qalıqları aşkar edilib. Karxulu yaşayış yerindən cənuba tərəf uzanan təpələrin üzərində 25-ə yaxın kurqan var. Onların diametri 8-12 metr, hündürlüyü isə 0,5-1,5 metrdir. Kurqanların hamısının ətrafı 0,5 metr enində çay daşı düzümü – kromlexlə əhatələnib. Onlardan ikisi açılaraq tədqiq edilib. Birinci kurqandan Son Tunc və Erkən Dəmir dövrləri üçün səciyyəvi olan tunc düymələr və başqa bəzək əşyaları, müxtəlif gil qablar aşkarlanıb. İkinci Karxulu kurqanı (diametri 12 metr, hündürlüyü 1,2 metr) açılarkən onun mərkəzi hissəsində onlarla iri çay daşına təsadüf olunub. Daşlar təmizlənib, lakin altda heç bir dəfn izinə rast gəlinməyib. Şükürbəyli kəndinin cənubunda, Cəbrayıl–Zəngilan yolunun sağ kənarında nəhəng, hündürlüyü bəzi yerlərdə 25 metrə çatan “Torağay yalı” adlı təpə var. Bu abidənin ayrı-ayrı hissəsindəki kəsiklərdən mədəni təbəqənin qalınlığının 10 metrə çatdığını görmək olar. Təpənin trapesiya şəklində olan səthində, yamac və ətəklərində Tunc, Erkən Dəmir, Antik və Erkən Orta əsrlərə aid çoxlu keramika nümunələrinə təsadüf edilir.

T.Əliyev bildirib ki, Cəbrayıl rayonunun ərazisində Erkən Dəmir dövrü abidələri də çoxdur. Qalacıq və Qışlaq yaşayış məskənləri, Niftalılar, Qışlaq, Hovuslu, Şıxlar kəndlərinin ətraflarındakı kurqanlar belə abidələrdəndir. Cəbrayıl–Sirik şose yolunun sağ tərəfində, Çaxmaxlı çayının sol sahilində yerləşən geniş “kurqan çölü” xüsusilə diqqəti cəlb edir. Bu kurqanlardan bəziləri hələ sovet dönəmində üzüm bağları salınarkən dağılıb, onlardan tapılan əşyalardan bir qismi rayon diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən toplanaraq muzeyə gətirilib. Həmin materiallar arasında tunc və dəmirdən şeşpər, xəncər tiyəsi, ox ucu, bıçaq-qəmə, döyüş yabası və s. silahlar var. 1989-cu ildə Niftalı kurqanlarından biri – hündürlüyü 1,2 metr, diametri 6 metr olan, azacıq torpaq qarışığı olmaqla girdə və xırda daşlardan tökülmüş kurqan qazılıb öyrənilib. Burada kurqanaltı qəbir çalasının dörd bir yanına səliqə ilə daş düzülüb, mərhum sol böyrü üstə bükülü vəziyyətdə dəfn olunub. Qəbir avadanlığı qara cilalı və xaşal gövdəli gil qablardan (onlardan biri qapaqlı və dörd ayaqlıdır), iki ədəd tunc xəncər tiyəsindən, tunc kəmərin qırıqlarından, pasta və mərmərə oxşar dağ xrustalından muncuq və başqa bəzək əşyalarından ibarətdir. Bu nümunələrin müqayisəli təhlili tədqiq olunan kurqanın Erkən Dəmir dövrünə aid olduğunu göstərir.

Cəbrayıl rayonunun ərazisində üç müdafiə tikilisi də qeydə alınıb: Sirik kəndindən təxminən 2 kilometr şimalda, Çaxmaqlı çayının sol sahilində, Tey dağının zirvəsində Sirik qalası, Tatar kəndi yaxınlığında, Tey dağının başqa bir zirvəsi üzərində “Qızıl qaya” adlı qala və Qalacıq kəndindən cənubda, Sirik kəndinə gedən yolun kənarında Qaladağ.

“1989-cu ildə Cəbrayıl rayonuna arxeoloji səfər zamanı son orta əsrlərə aid yaşayış yerləri haqqında (Dulusxana və Hasanlı düzü), Şıxlar və Xubyarlı türbələri, Başıkəsik gümbəz haqqında məlumat toplanılıb, Molla Vəli Vidadinin vaxtilə müəllimlik etdiyi Çələbilərdə möhtəşəm tikili kompleksləri də nəzərdən keçirilib. İslam mədəniyyətinə aid abidələrlə (orta əsrlərə aid qəbiristanlıq və türbələr) zəngin olan Xubyarlının “Türk qəbiristanlığı” adlandırılan sahəsi Bünyadlı kəndinin ərazisinə daxil edilib. İşğal ərəfəsində bu kəndin erməni əhalisi buradakı türbələri, XVIII-XIX əsrlərə aid qəbiristanlıqdakı başdaşılarının əksəriyyətini sındırıb dağıdıblar.

Cəbrayıl rayonu ərazisində dini təyinatlı abidələr də çoxdur. Xanəgah, məscid, türbə və məqbərələrlə yanaşı, rayonda 40-a yaxın ziyarətgah var. Bu günlərdə Cəbrayılın Azərbaycan Ordusu tərəfindən azad olunmuş Böyük Mərcanlı kəndində Lalə ocağı, Horovlu kəndində Qan ocağı, Sarı ocaq və Çələbi ocağı, Çaxırlı kəndində Yel ziyarətgahı, Cəbrayıl şəhəri yaxınlığında Ağoğlan ziyarətgahı, Xubyarlı piri və başqa abidələr yerli əhali arasında dini-inanc yeri kimi böyük əhəmiyyət kəsb edir. İşğal dövründə daha çox zərər görən mədəni irsimiz arasında İslam mədəniyyəti nümunələri olan abidələrimiz çoxluq təşkil edir. Əminəm ki, işğalın nəticələri araşdırılarkən bu abidələrimizə qarşı yönəldilən vandalizmin şahidi olacağıq”, - deyə alim bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib