DÜNYA


Ceff Bezos yenidən dünyanın ən varlı insanı oldu

Bakı, 17 fevral, AZƏRTAC

Amazon korporasiyasının sahibi Ceff Bezos dünyanın ən varlı insanlarının reytinqində “Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Maskı qabaqlayaraq yenidən birinci yerə yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin son hesablamalarına görə, Bezosun varidatı 191 milyard dollar, Maskın sərvəti isə 190 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, Ceff Bezos 2017-ci ilin oktyabrından başlayaraq 2021-ci il yanvarın 7-dək reytinqdə tutduğu birinci yeri qaytarıb. Həmin vaxt onu İlon Mask ötmüşdü.

Hazırda milyarderlərin reytinqində üçüncü yeri “Microsoft”un qurucusu Bill Geyts (137 milyard dollar), dördüncü yeri Louis Vuitton Moet Hennessy kompaniyasının prezidenti Bernar Arno (116 milyard dollar), beşinci yeri isə “Facebook”un banisi Mark Sukerberq (104 milyard dollar) tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.