REGİONLAR


Cəlilabadda Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Cəlilabad, 27 fevral, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Cəlilabad Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında “Xocalı qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən müsabiqədə 50-dən çox yeniyetmə və gəncin rəsmləri nümayiş etdirilib.

Qaliblər Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin və Cəlilabad Dövlət Rəsm Qalereyasının diplomları ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.