REGİONLAR


Cəlilabadda pərakəndə ticarət dövriyyəsi 1,3 faiz artıb

Cəlilabadda pərakəndə ticarət dövriyyəsi 1,3 faiz artıb

Cəlilabad, 16 fevral, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda 2022-ci ildə pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunub. Pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci ilə nisbətən 1,3 faiz artaraq 616757,7 min manat təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə topdansatış ticarət dövriyyəsi 19019,4 min manat təşkil edib ki, bu da 1,3 faiz artım deməkdir.

Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 330502,2 min manatını ərzaq malları, içkilər və tütün məmulatları, 286255,5 min manatını isə qeyri-ərzaq malları təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq malları, içkilər və tütün məmulatlarının satışı 10,3 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 17,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.