REGİONLAR


Cəlilabadda qədim dövrə aid yeni maddi-mədəniyyət abidələri aşkar edilib

Cəlilabad, 21 iyun, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Şatırlı kəndində yeni maddi–mədəniyyət nümunələri aşkar edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixçilər kənd sakinləri tərəfindən tapılmış qədim əmək alətlərini nadir mədəniyyət nümunələri hesab edirlər. Şatırlı kəndində qədim dövrlə yanaşı, orta əsrlərə aid, üzərində xüsusi naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb.

Tarixçilərin fikrincə, yeni tapılmış maddi-mədəniyyət nümunələri ərazidə orta əsrlərdə toxuculuğun yüksək səviyyədə inkişaf etdiyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.