RƏSMİ XRONİKA
Cənubi Afrika Respublikası “PetroSA” Dövlət Neft Şirkətinin prezidenti Nosizve Nokve-Makamodan
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Zati-alinizin növbəti rəhbərlik dövrü də Azərbaycan üçün uğurlu olacaqdır.
Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş tələbəsi və Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı dostlarından biri kimi mən ölkəniz və onun qonaqpərvər xalqı barədə xoş təəssüratlara malikəm. Elə buna görə də Sizin növbəti inamlı qələbəniz məni çox sevindirdi. Sizin rəhbərliyinizlə Azərbaycanın sürətli inkişafı ilə bağlı gördüyünüz işləri daim izləyirəm.
Əminəm ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır. Bir daha Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.
Dərin hörmətlə,
Nosizve Nokve-Makamo
Cənubi Afrika Respublikası “PetroSA”
Dövlət Neft Şirkətinin prezidenti