REGİONLAR
Cənubi Koreya Naftalan şəhərinin turizm imkanlarından bəhs edən veriliş hazırlayacaq
Naftalan, 15 may, Rauf Hacıyev, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Cənubi Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Naftalan şəhərinin turizm potensialından bəhs edən veriliş hazırlanacaq.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, mayın 18-dən 20-dək aparılacaq videoçəkilişlər Koreyanın “Jstar Management Solution” şirkətinin təşkilatçılığı ilə həyata keçiriləcək.
“4 K Power” çəkiliş qrupu tərəfindən aparılacaq çəkilişlər əsasən Naftalana dünya şöhrəti qazandıran palçıqlı neftin hasil olunduğu ərazilərdə və şəhərin beynəlxalq turizm mərkəzinə çevrilməsində böyük rol oynayan “Çinar”, “Qarabağ” və “Qaşaltı” kimi 5 ulduzlu otellərdə aparılacaq.
Həmçinin verilişdə son illərdə şəhərdə turizm infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən də bəhs olunacaq.