DÜNYA


Cənubi Koreya vətəndaşlarının 60 faizi Kim Çen Inın Seula səfərini dəstəkləyir

Bakı, 6 dekabr, AZƏRTAC

“Realmeter” sosiologiya agentliyinin dərc etdiyi məlumata əsasən, Cənubi Koreya vətəndaşlarının təxminən 60 faizi KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini dəstəkləyir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sorğuda iştirak edənlərin 61,3 faizi Kim Çen Inın səfərinin Koreya yarımadasında möhkəm sülhə şərait yaradacağını düşünür. Eyni zamanda respondentlərin 31,3 faizi səfərin əleyhinə çıxıb. Onların fikrincə, Pxenyanın nüvəsizləşdirmə və sülh barədə bəyanatları səmimi deyil.

Sorğu dekabrın 5-də Koreya Respublikasının 500 vətəndaşı arasında aparılıb.

Bəzi yerli KİV-lər KXDR liderinin Seula səfərinin 18-20 dekabr tarixlərinə planlaşdırıldığını yazsalar da, Cənubi Koreya prezidentinin administrasiyası bu informasiyanı təkzib edib. Administrasiyanın məlumatında bildirilir ki, Kim Çen Inın səfəri bu ilin sonunda, yaxud gələn ilin əvvəlində mümkün ola bilər. Onun vaxtı Şimali Koreya tərəfindən asılıdır.

Qeyd edək ki, 2018-ci ildə Pxenyanda baş tutan üçüncü koreyalararası sammit zamanı KXDR lideri “yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti Mun Ce-in dəqiqləşdirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.