DÜNYA


Co Bayden Kraliça II Elizabet ilə görüşüb

London, 14 iyun, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kraliçası II Elizabet ilə Vindzor qalasında görüşüb.

G7 (“Böyük yeddilər”) sammiti çərçivəsində Böyük Britaniyaya səfər edən Prezident Co Bayden və birinci xanım Cill Bayden kraliça ilə görüşmək üçün Vindzor qalasına səfər edib.

Fəxri qarovul dəstəsi tərəfindən qarşılanan prezidentlə Berkşayr iqamətgahında keçirilən görüş 40 dəqiqə davam edib.

Qeyd edək ki, 95 yaşlı kraliça ilk dəfə 1951-ci ildə Britaniyada səfərdə olan ABŞ Prezidenti Harri Truman ilə görüşüb. Taxtda olduğu 69 il ərzində o, 14 ABŞ lideri ilə görüşüb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.