SİYASƏT
DİLLƏR UNİVERSİTETİNİN KOLLEKTİVİ SABİTLİYƏ SƏS VERƏCƏKLƏR
Azərbaycan Dillər Universitetində 15 oktyabr prezident seçkiləri ilə bağlı yığıncaq keçirilmişdir.
Çıxış edən müəllim və tələbələr ötən seçkilərdən bəri respublikamızın iqtisadi və siyasi həyatında qazanılmış nailiyyətlərdən, bu sahədə həyata keçirilən islahatların uğurlu nəticələrindən, xalqın rifahı naminə dövlətin gördüyü işlərdən ətraflı söhbət açmışlar.
İqtisadi inkişafın səviyyəsinə görə Azərbaycanın MDB olkələri arasında ilk yerlərdən birini tutması iftixarla vurğulanmışdır. Qeyd edilmişdir ki, ölkədə hökm sürən ictimai-siyasi sabitlik sayəsində beynəlxalq maliyyə qurumların, xarici investorların respublikamıza marağı artmış, neft strategiyasının bəhrələrini dadmağa başlamışıq.
Natiqlər yekdilliklə sabitliyə, əmin-amanlığa səs verəcəklərini bəyan etmişlər.