CƏMİYYƏT
DİN: Ötən gün 288 toy şənliyinin monitorinqi aparılıb
Bakı, 3 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 2-də Bakı şəhərində və respublikanın digər ərazilərində 288 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 226 şadlıq sarayında, 62 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Habelə 1 nəfər barəsində cinayət işi başlanıb. COVID-19 pasportu olmadığına görə 2736 nəfər toy şənliklərinə buraxılmayıb.