CƏMİYYƏT
DMX: Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yerləşdirilən miqrantların sayı 30 faiz azalıb
Bakı, 18 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yerləşdirilən miqrantların sayı 30 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
V.Hüseynov bildirib ki, biz miqrasiya qanunvericiliyinin tələblərini pozan şəxslərin ölkədən inzibati qaydada çıxarılma hallarında DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərindən istifadə edirik. Miqrantların sayının azalması da bizim yanaşmamızla bağlıdır. Biz daha çox könüllü qayıdışı təşviq edirik. Ötən il Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinə 899, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır.