ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək bu il qəbul imtahanlarında yüksək bal toplayıb DİA-ya qəbul olunmuş gəncləri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
O, DİA-nın ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə yaradıldığını, burada yüksəkixtisaslı kadrlar hazırlamaq üçün hər cür şərait olduğunu diqqətə çatdırmış, dövlətimizin gənclər siyasətinin əhəmiyyətini vurğulamış, tələbələrə tövsiyələrini vermişdir.
Rektor 2006�7-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq, ali təhsil müəssisələrinə daxil olan tələbələrdən 100-nün Prezident təqaüdünə layiq görüldüyünü, onlardan 25-nin DİA-da təhsil aldığını da xatırlatmışdır.