Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DÖVLƏT MÜŞAVİRİ QABİL HÜSEYNLİNİN ÇIXIŞI

- Bu gün Azərbaycan dövlətçiliyi yeni sınağa məruz qaldı. Bu hadisələr dövründə Azərbaycan dövlətçiliyinin qorunması naminə qurban gedən, şəhid olan Vətən əsgərlərinin ailələrinə, yaxın adamlarına başsağlığı vermək istəyirəm. Çünki onlar müqəddəs iş uğrunda öz canlarını fəda etmişlər və sözsüz ki, tarix, Azərbaycan xalqı onların bu xidmətini unutmayacaqdır.

Baş vermiş hadisələrə qiymət vermək istədikdə bir faktı ön plana çəkmək lazım gəlir. İlk baxışda elə görünə bilər ki, bu hadisələr lokal xarakter daşıyırdı. Lakin hadisələrə diqqətlə nüfuz etdikdə görürük ki, bunlar ətraflı ölçülüb-biçilmiş, hazırlanmış, ümumi ssenarinin, özü də uzun müddət davam edən ssenarinin müəyyən hissələrindən biri idi. Bu ssenarinin vaxtında başa düşülməsində, diqqətlə izlənilib qiymətləndirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin xidmətləri şəksizdir. Son hadisələr dövründə onun soyuqqanlığı, mən deyərdim ki, vəziyyəti qrossmeyster dəqiqliyi ilə qiymətləndirə bilmək bacarığı, hətta bizim aramızda hər hansı çaxnaşma təzahürləri olduqda, bizi çox səbrlə və müdrikliklə istiqamətləndirmək bacarığı bir daha təsdiq etdi ki, Azərbaycan dövlətçiliyi müdrik və təcrübəli əllərdədir. Hakimiyyətə qeyri-qanuni yollarla gəlmək istəyən adamların cəhdləri indiyə qədər bir neçə dəfə boşa çıxdığı kimi, bundan sonra da boşa çıxacaq, Azərbaycan dünyanın sivilizasiyalı dövlətləri sırasına daxil olacaqdır.

Hadisələr baş verən zaman Prezidentin bunu dinc yolla məcraya yönəltmək üçün maksimum səy göstərməsinin şahidi olduq. O, məsələni sülh yolu ilə həll etmək, qeyri-qanuni silahlı qurumları qan tökülmədən tərksilah etmək üçün ardıcıl danışıqlara əl atdı. Nüfuzlu adamları da bu işə qoşmağa cəhd göstərdi. Lakin təəssüf ki, qarşı tərəf bütün bu cəhdləri pozdu və belə bir faciə baş verdi. Sözsüz ki, bu faciə uzun müddət hakimiyyətə qanunsuz yolla gəlməyə adət etmiş adamların istəyi idi. Biz bunu bir qayda olaraq, hərbi müxalifət adlandırırıq. Həmin hərbi müxalifət son zamanlar Azərbaycanda siyasi mədəniyyətin,- əlbəttə, müəyyən dairələrdə,- zəifliyi ucbatından, demək olar, meydan sulayırdı. Təəssüf hissi ilə demək lazımdır ki, bir sıra siyasi təşkilatlar və siyasi partiyalar həmin hərbi müxalifətə əl altından, gizli şəkildə havadarlıq edir, onların qeyri-qanuni hərəkətlərinə bəzən rəvac verirdilər.

Doğrudur, hadisələr ərəfəsində, hadisələrin inkişafının onların xeyrinə olmadığını görən müəyyən qüvvələr hətta təmtəraqlı bəyanatlar verməyə də müvəffəq oldular. Lakin səlahiyyətli orqanların nümayəndələrinin çıxışlarında göstərildiyi kimi, əslində həmin siyasi partiyalar hərbi müxalifəti bu və ya digər formada dəstəkləyirmişlər. Partiyaların özlərinin fəaliyyətinə gəldikdə, onları müxtəlif qismə ayırmaq lazımdır. Partiyaların bir qismi bu dövrdə siyasi bitərəfliyə meyl edirdi. Onlar çalışırdılar ki, hadisələrin inkişafının sonunu gözləsinlər. Onlar hər iki tərəfin toqquşmasına və bundan bəhrələnməyə daha çox üstünlük verirdilər. Amma bayaq dediyim kimi, hərbi müxalifəti, hərbi qiyam yoluna qədəm qoymuş qüvvələri açıq-aşkar dəstəkləyən qüvvələr də var idi. Bütün bunlar onu göstərir ki, Azərbaycanda siyasi partiya quruculuğu praktikası son dərəcə zəifdir, bu proses ciddi siyasi ənənələrə söykənmir.

Partiyalarin bir qismi hakimiyyətə gəlməyin qanuni yoluna deyil, Konstitusiyaya zidd yollara üstünlük verir. Rəsul müəllimin qeyd etdiyi kimi, 1988-ci ildən bəri həmin siyasi təşkilatların bəziləri hakimiyyət üçün daim seytnot – siyasi macalsızlıq vəziyyəti yaratmaqla məşğul olmuşlar. Çalışmışlar ki, hakimiyyət həmişə dar məqamda işləsin və səhvlərə yol versin. Bunun nəticəsində də biz tarixin müxtəlif məqamlarında cürbəcür itkilərə, hətta torpaq itkilərinə məruz qalmışıq.

Əgər keçmişə nəzər salaraq öz nöqsanlarımızı diqqətlə gözdən keçirsək, görərik ki, baş vermiş faciələrdə bizim siyasi mədəniyətimizin kifayət qədər olmaması, siyasi partiyaların kifayət qədər vətəndaşlıq mövqelərində dayanmamaları da müəyyən rolunu oynamışdır. Məsələn, bir faktı qeyd etmək istəyirəm ki, hadisələr ərəfəsində partiyaların bir qismi guya tərəfləri barışdırmaq üçün özlərinin vasitəçilik missiyasını bizə təklif etdilər. Amma söhbət zamanı onlara heç cür sübut etmək mümkün olmadı ki, baş verən hadisələr kriminal xarakter daşıyır və bunları siyasiləşdirməyə ehtiyac yoxdur. Son dərəcə təəccübləndim ki, özlərini partiya adlandıran siyasi cərəyanların başçıları həmin hadisəyə ya dəqiq siyasi qiymət vermək istəmir, yaxud başa düşmür və ya həmin hadisəni özlərinin məhdud partiya mənafelərinə yönəltməyə çalışırlar.

Tamamilə aydın idi ki, hakimiyyətin nəzarətindən çıxmış silahlı dəstələr hakimiyyət çevrilişinə can atırlar. Siyasi təşkilatlar baş vermiş hadisəyə vətən naminə, dövlətçiliyi qoruyub saxlamaq naminə dəqiq siyasi qiymət verməli, necə deyərlər, hər şeyi öz adı ilə çağırmalı idilər. Amma onlar bu kriminal hadisələrə də siyasi don geyindirməyə, bir növ siyasi mənfəət əldə etməyə çalışdılar. Təbii ki, bu yanlış mövqe onlara izah edildi və düzgün mövqe tutmadıqları nəzərlərinə çatdırıldı.

Ədalət naminə qeyd etmək lazımdır ki, baş vermiş qiyam Azərbaycanın siyasi mühitində elə bir ciddi dəstək almadı. Eyni zamanda, Azərbaycan dövlətçiliyinin başında duran şəxslərin, ilk növbədə Prezident Heydər Əliyevin düzgün düşünülmüş, taktiki cəhətdən son dərəcə yaxşı hazırlanmış siyasəti nəticəsində bu, elə bələyindəcə boğuldu və Azərbaycan dövlətçiliyi baş verə biləcək fəlakətdən xilas edildi. Xarici işlər naziri Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin, doğrudan da, nə qədər möhkəm olduğunu qeyd etdi. Lakin son zamanlar Azərbaycan dövlətinin mövqeyi barədə yaranan inamsızlıq hallarının indiki hadisələrdən sonra tamamilə aradan qalxacağına inanıram. Çünki oktyabrın 3-4-dəki hadisələr baş verərkən və o zaman şəxsən Heydər Əliyev şəxsi mərdlik nümunəsi göstərərkən bundan sonra həm Prezidentin, həm də Azərbaycan dövlətçiliyinin reytinqi bütün dünyada çox sürətlə qalxdı. Əminəm ki, indən sonra da oxşar hadisə baş verəcəkdir. Bəli, dövlətçiliyimiz möhkəm əllərdədir və Azərbaycan dövlətçiliyi quruculuğunun bundan sonra uğurla gedəcəyinə dərindən inanıram.

APARICI: Zaman fasiləsi bu gün bizim hər birimizə mart hadisələrini daha dəqiq təhlil etməyə imkan verir. Vəzifə, kürsü hərislərinin o vaxtkı hərəkəti, sözün həqiqi mənasında, təəccüb və təəssüf doğurur. AXC- Musavat cütlüyünün və bu gün də siyasi səhnədə olan digər partiyaların o vaxt dövlətçiliyin yox, silahlı dəstələrin tərəfində durması onların necə üzdəniraq demokrat olduqlarını tam aydınlığı ilə göstərdi.

İndiyədək susan, danışmayan bu qüvvələr öz məqsədləri üçün həmin olaylardan yararlanmağa çalışırlar. Həmişə yalandan, böhtandan, şərdən, şəbədədən sensassiyalar yaratmaq istəyən, ağı qara, qaranı ağ göən bəzi üzdəniraq müxalif ideoloqlarına, yazarlarına öz miskin qəhrəmanlarının həmin iclasda söylədiklərini, rəsul quliyevlərin, qabil hüseynlilərin mart hadisələri haqqında fikirlərini onların korlanmış yaddaşına, təkrar diqqətinə çatdırmaq lazım idi.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEVİN müşavirədəki yekun sözündən: ...Qeyd etmək istəyirəm ki, biz hamımız baş vermiş hadisələrdən nəticə çıxarmalıyıq. Bu hadisələr Azərbaycana müəyyən zərbələr vursa da, bizim üçün yeni dərd, kədər gətirsə də, eyni zamanda, dövlətçiliyimizin möhkəm, qüdrətli olduğunu nümayiş etdirdi və bir daha göstərdi ki, ölkəmizdə, respublikamızda hər bir vətəndaş qanun-qaydaya, Konstitusiyaya, insan hüquqlarının qorunmasına riayət etməlidir. Bir daha hamı bilməlidir ki, zor işlətməklə respublikamızda nəyəsə nail olmaq mümkün deyildir. Biz demokratiya yolu ilə gedirik, gedəcəyik, demokratik proseslərin inkişafı üçün hər bir şərait yaradılacaqdır. Lakin zorakılığa, güc işlədilməsinə yol verilməyəcəkdir. Bu, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına ziddir və biz bunlara yol verməyəcəyik.

Şübhəsiz, heç kəs istəməzdi, mən də istəməzdim ki, öz şəxsi hikkələrini, şəxsi niyyətlərini zor gücünə həyata keçirməyə çalışan adamlar gəlib respublikamızı belə faciəli vəziyyətə salsın və özləri də həm fiziki, həm də mənəvi cəhətdən məhv olsunlar. Amma bu, onların öz günahıdır və onlara havadarlıq edənlərin, onları qızışdıranların, onlardan alət kimi istifadə edənlərin günahıdır. Bunları deməklə mən bütün siyasi qüvvələrə, qruplara, partiyalara, təşkilatlara, ayrı-ayrı şəxslərə müraciət və xəbərdarlıq edirəm ki, bu yollardan əl çəksinlər.

Respublikamız ağır keçid dövrünü yaşayır. Dərin iqtisadi-sosial böhran içindəyik. Xalqımızın böyük bir qismi maddi-iqtisadi cəhətdən əzab-əziyyət çəkir. Respublikamızdakı bir milyondan artıq qaçqın bizim üçün böyük bir problemdir. Onların həyat tərzi, yaşayışı bizim diqqət mərkəzimizdədir. Ancaq, eyni zamanda, onlara lazımı qayğı göstərmək üçün bizə işləməyə imkan vermək gərəkdir. Qeyri-qanuni yollarla zənginləşmiş, qanunu pozan, mənəviyyatımıza zidd həyat tərzi keçirən ayrı-ayrı adamlar düşünməlidirlər ki, xalqın əksəriyyəti ağır vəziyyətdə yaşayır. Ağır vəziyyətdə yaşayanlar o kəslərdir ki, biz müharibə şəraitinə düşdüyümüz vaxtdan indiyədək respublikanın ağırlıqlarını öz üzərlərində aparırlar. Ona görə də bu hadisələr, bu faciə hər bir kəsə, hər bir siyasi quruma, hər bir ictimai təşkilata, hər bir siyasi partiyaya xəbərdarlıq kimi qəbul olunmalıdır.

Mən bir daha böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız yenə ağır bir sınaqdan çıxdı. Həm də bu sınaqdan çıxmağa xalqımızın müdrikliyi, milli həmrəyliyi, inamı, dövlətçiliyə hörmət və ehtiramı kömək etdi. Mən Azərbaycanın bütün vətəndaşlarını bir daha həmrəyliyə dəvət edirəm. Azərbaycanın bütün siyasi qurumlarını, təşkilatlarını, partiyalarını bir daha həmrəyliyə dəvət edirəm. Azərbaycanın bu günü və gələcəyi naminə. Əminəm ki, biz bu böyük sınaqdan çıxaraq, respublikada vəziyyəti daha da sabitləşdirməyə və qarşımızda duran vəzifələri həyata keçirməyə nail olacağıq. Mən buna əminəm. Dövlətçiliyə, Azərbaycanın Konstitusiyasına, Azərbaycanın hüquqi dövlət qurumuna xalq tərəfindən göstərilən bu dəstək, hörmət və ehtirama görə bütün Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bu ağır sınaq dövründə mərdlik və cəsarət göstərənlərə, xalqımızı bu böyük bəladan xilas edənlərə qəlbimdəki ən gözəl hissləri çatdırıb təşəkkürümü, minnətdarlığımı bildirirəm. Milli ordumuza, onun əsgərlərinə, zabitlərinə, hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən sədaqətli əməkdaşlara və bu ağır günlərdə çox zəhmət, əziyyət çəkmiş dövlət orqanlarına, vətəndaşlarımıza təşəkkürümü, minnətdarlığımı bildirirəm.

APARICI: Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev qətiyyəti həmişə olduğu kimi, öz xalqına arxalanaraq daha bir dövlət çevrilişinə cəhd edən qara qüvvələrin qarşısını aldı. Son dövrdə müstəqilliyimiz üçün ciddi təhlükə törədə biləcək ən iri hərbi qruplaşma ləğv olundu. Azərbaycan xalqı tarix və dünya qarşısında yaşamaq haqqını təsdiq etdi. Ölkəmizin tarixində zorla, topla, tüfənglə hakimiyyətə yiyələnmək ənənəsinə son qoyuldu. Bu, müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan üçün tarixi bir mərhələ idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib