CƏMİYYƏT


DST internetdə reklama nəzarəti gücləndirməyə çağırır

Bakı, 18 mart, AZƏRTAC

Son vaxtlar reklam sənayesi uşaq və yeniyetmələrə münasibətdə çox aqressiv üsullardan istifadə edir, onlara sosial şəbəkələr və nəzarət edilməsi çətin olan mobil qurğular vasitəsilə təsir göstərir.

AZƏRTAC Dünya Səhiyyə Təşkilatına (DST) istinadla xəbər verir ki, DST internet şəbəkəsində spirtli içkilərin, tütün məmulatlarının və qeyri-sağlam, xüsusən tərkibində duz, şəkər və piyin miqdarı çox olan qida məhsullarının marketinqi sahəsinə nəzarəti gücləndirməyə çağırır.

2010-cu ildə DST uşaqlara ünvanlanmış reklam barədə tövsiyələr qəbul edib. Lakin böyüməkdə olan nəsil hələ də qeyri-sağlam qida məhsullarının, tütün məmulatlarının və alkoqollu məhsulların onlayn marketinq mexanizmlərinin təsirinə məruz qalır. Halbuki siqaretçəkmə, alkoqollu içkilərə meyillilik və düzgün olmayan qidalanma ciddi xəstəliklərin inkişafına, o cümlədən piylənməyə səbəb olur. Bununla əlaqədar, DST hesab edir ki, dövlətlər onlayn reklamı daha diqqətlə izləməlidirlər.

Bu gün uşaqlar internetdə, o cümlədən sosial şəbəkələrdə getdikcə daha çox vaxt keçirir, buna görə də rəqəmsal marketinqin təsirinə çox məruz qalır. Lakin rəqəmsal məkanda uşaqların davranışı və bu məkanın onlara təsiri barədə təsəvvür yarada biləcək araşdırmalar çox cüzidir.

Məruzə müəllifləri rəqəmsal marketinqin uşaqlara təsirinin monitorinqi üçün ən qısa müddətdə xüsusi vasitələr yaratmağa və tətbiq etməyə çağırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.