CƏMİYYƏT


DSX: İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

DSX: İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı, 17 mart, AZƏRTAC

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində martın 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.