DÜNYA


Daha 18 ölkənin vətəndaşlarına Yaponiyaya gəlmək qadağan edilir

Tokio, 5 iyun, AZƏRTAC

Yaponiya hökuməti koronavirusla mübarizə məqsədilə daha 18 ölkənin vətəndaşlarına buraya gəlişi qadağan etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər naziri Toşimitsu Moteqi iyunun 5-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib. Nazir qeyd edib ki, bununla da Yaponiyaya vətəndaşlarının gəlişi qadağan edilən ölkələrin ümumi sayı 129-a çatacaq.

Bildirilir ki, rəsmi Tokio bu planı yoluxucu xəstəliklərin mövcud olduğu ölkələr barədə informasiyanın səviyyəsini üçüncü dərəcəyə qaldırılması barədə qərarın qəbulundan sonra elan edib. Yaponiya vətəndaşlarına həmin ölkələrə səfər etməmək tövsiyə olunur.

Xatırladaq ki, Azərbaycan, ABŞ, Rusiya, Çin və digər ölkələrin əvvəllər daxil edildiyi həmin siyahıya Kuba və Livan kimi ölkələr də əlavə olunub.

Bununla yanaşı, Yaponiya hökuməti virus yoluxmasının kəskin azaldığı Tailand, Avstraliya, Vyetnam və Yeni Zelandiyanın vətəndaşlarının ölkəyə gəlişinə icazə verməyə hazırlaşır.

T.Moteqi deyib ki, virusa qarşı mübarizə tədbirləri ilə iqtisadi fəallığın bərpası üçün atılan addımların balanlaşdırılması fövqəladə əhəmiyyətə malikdir. Nazir, həmçinin bildirib ki, hökumət koronavirus testlərinə, karantin tədbirlərinə və digər məsələlərə çox böyük diqqətlə yanaşır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.