CƏMİYYƏT
Daha bir məktəbin şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edilib
Bakı, 15 noyabr, Elvin Camalov, AZƏRTAC
Daha bir məktəbin şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumat verilib ki, Bakının 67 nömrəli orta məktəbin şagirdləri Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya edib.
Qeyd edək ki, tədris ilinin başlanması ilə əlaqədar olaraq, AZAL 4-cü və daha yuxarı sinif şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edib. [email protected] e-mail ünvanına elektron müraciət göndərməklə ekskursiyaya yazılmaq mümkündür.
Ekskursiyalar şənbə günləri - günün birinci yarısında - keçirilir. Müraciətlərə növbə şəkilində baxılır.