İQTİSADİYYAT


Daha bir şirkət Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

Bakı, 24 fevral, AZƏRTAC

Kapital bazarından maliyyələşməni təşviq edən və bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətlərinin göstərildiyi Listinq Məsləhət Proqramına (LMP) daha bir şirkət tərəfdaş qimsində qoşulub. Belə ki, “Bakı Fond Birjası” QSC (BFB) və “Günay Sığorta” ASC arasında Listinq Məsləhət Proqramı üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin Bakı Fond Birjasının mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Bakı Fond Birjası ilə əməkdaşlıq edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.