DÜNYA
Danimarkanın “Vestas” şirkəti Serbiyadakı külək elektrik stansiyasını turbinlərlə təmin edəcək
Bakı, 19 iyul, AZƏRTAC
Danimarkanın “Vestas” şirkəti Serbiyada qurulacaq külək elektrik stansiyasını (KES) külək turbinləri ilə təmin edəcək.
AZƏRTAC xəbər verir ki, KES-də ümumilikdə 30 turbin quraşdırılacaq. Bu, “Vestas”ın Serbiyadan aldığı üçüncü ən böyük sifarişdir.
Serbiya və İtaliya birgə müəssisəsi “MK Fintel Wind” tərəfindən inşa ediləcək KES 69 meqavat gücündə olacaq. “Vestas” bu ilin sonuncu rübündə 20 ədəd 3,45 meqavat gücündə “V126” tipli külək turbinlərini çatdıracaq. KES-in gələn ilin birinci rübündə elektrik enerjisi istehsalına başlaması planlaşdırılır. “Vestas”, həmçinin 12 il müddətinə KES-in təmir işlərini aparacaq.
“Vestas” Serbiyanın ilk KES-lərindən olan “Kula” və “La Piccolina” stansiyalarını da turbinlərlə təchiz edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]