İQTİSADİYYAT


Daşkənddəki “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib

Daşkənd, 23 noyabr, АZƏRTAC

Daşkənddə 16-cı beynəlxalq “Nəqliyyat və logistika – “TransUzbekistan-2019” sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə 15 ölkədən 70 nəqliyyat və logistika şirkəti iştirak edib. Ölkəmiz bu sərgidə “ACSC Logistics” MMC ilə təmsil olunub. Azərbaycan guşəsinə gələnlərə şirkətin fəaliyyəti haqqında məlumat verilib, Özbəkistanın və iştirakçı dövlətlərin nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.

Şirkətin baş direktoru Azər Məmmədov AZƏRTAC-ın müxbirinə deyib ki, şirkət marşrutun seçilməsi ilə bağlı məsləhətlər verir, nəqliyyat marşrutlarının dəniz və dəmir yolu sahələrində tarifləri müəyyənləşdirir, Xəzər və Qara dəniz limanlarında daşıma və mühafizə, habelə Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə logistik xidmətləri həyata keçirir, logistik təhlil və multimodal daşıma, yolboyu yüklərə nəzarəti təmin edir, Azərbaycan, Qazaxıstan və Gürcüstanda logistik xidmətlər göstərir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.