CƏMİYYƏT
“Davam” Gənclər Hərəkatı ilə Milli Debat Proqramı arasında memorandum imzalanıb
Bakı, 16 iyun, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) Milli Debat Proqramı arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə İctimai Birliyin sədri Ülviyyə Axundova və Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev hər iki təşkilat arasında səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Sonra “Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı arasında əlaqələrin möhkəmləndirilməsi, müxtəlif proseslərdə fəal iştirak edərək yeni və maraqlı layihələrin reallaşdırılması və digər məsələlərdə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində artıq ilk addımlar atılıb. Belə ki, Davamlı İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən debat klubu yaradılıb.