Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilib. İclasda “DİN-in Kollegiya qərarlarının icra”sı, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” məsələləri üzrə müzakirələr aparılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə cari ilin ötən dövründə də qənaətbəxş olub, əldə olunan müsbət təmayüllər bu müddətdə daha da inkişaf etdirilib. Nazir son illər hər üç istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ barədə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev məruzə ilə çıxış edib. Bildirilib ki, son üç ilə yaxın müddətdə keçirilən 13 kollegiya iclasının nəticələri üzrə 21 qərar qəbul olunub. Bu qərarlarda əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı orqan və hissələr qarşısında konkret vəzifələr qoyulub. Onların icra vəziyyətinin öyrənilməsi göstərir ki, nazirlik aparatının struktur qurumlarına verilmiş tapşırıq və göstərişlər kurator nazir müavinlərinin nəzarəti altında vaxtında və tam yerinə yetirilib. Yerlərdə də bu işə məsuliyyətlə yanaşılıb, müəyyən olunmuş tədbirlər bütövlükdə həllini tapıb.

Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib ki, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb. Cari ilin doqquz ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz yaxşılaşıb. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib. Nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib. Ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Bu sahədə fəaliyyətin nəticələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzə edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. Həmçinin bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilib. Qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.

Qeyd olunub ki, cari ilin doqquz ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib. “Qara bazarda” dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin doqquz ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb. Həmçinin 70,8 kiloqram və ya 11,4 kiloqram çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə edilib. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin doqquz ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib. Bundan başqa, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub. Onlardan 63-ü həbs, 46-sı cərimələnib. Yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib.

Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu vurğulayaraq, nöqsanların aradan qaldırılmasını, ilin sonunadək əsaslı dönüş yaradılmasını tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi hüquq mühafizə siyasəti, şəxsi heyətə göstərdiyi yüksək qayğı nəticəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunan uğurları xatırladıb, hər bir əməkdaşın bu ali diqqətə layiqli cavab verməsinin vacibliyini vurğulayıb. Ramil Usubov müsbət nəticələrin davam etdirilməsini, profilaktik işin, xüsusilə yeniyetmə və gənclər arasında, təhsil müəssisələrində yerli hüquq mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə antinarkotik təbliğat və təşviqatın daha da gücləndirilməsinin, cinayətlərin qarşısının alınmasının və bağlı qalmış cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət əzmlə davam etdirilməlidir. Nazir əminliyini bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin, Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərin, verdiyi tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmət edəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb