İQTİSADİYYAT


Dəmir yolunda "Sağlamlıq günü" keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş "Sağlamlıq günü" keçirilib. Tədbirin əsas mahiyyəti dəmiryolçuların işindən ayrılmamaq şərtilə profilaktik baxışdan keçirilməsidir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, ehtiyac yarandıqda isə pasiyentlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyə olunur. Mütəmadi olaraq keçirilən "Sağlamlıq günü" tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası, eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə dəmiryolçuları Bakı dəmir yolu xəstəxanasının 10 həkimi müayinə edib. Ümumilikdə gün ərzində 82 nəfər xəstəxananın həkimləri tərəfindən tibbi baxışdan keçirilib, 12 nəfərin xəstəxanada müalicə olunması tövsiyə olunub.

Qeyd edək ki, dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş "Sağlamlıq günü" tədbirləri Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb ocaqlarında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.