CƏMİYYƏT


Dənizçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasına qoşulublar

Bakı, 6 dekabr, AZƏRTAC

Dahi şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də (ASCO) qoşulub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ağacəkmə kampaniyasına şirkətin bütün strukturlarını təmsil edən əməkdaşlar böyük həvəslə qatılıblar.

Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan aksiya çərçivəsində 1000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, ağaclar budanıb, dibləri yumşaldılıb.

Qeyd edək ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi ASCO-nun diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə şirkət tərəfindən mütəmadi yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.