SİYASƏT


“Deutschlandfunk.de” portalı Kəlbəcərdəki evlərin ermənilər tərəfindən yandırılmasından yazıb

Berlin, 17 noyabr, AZƏRTAC

Almaniyanın “deutschlandfunk.de” internet portalında “Ermənilər Azərbaycana təhvil verməzdən əvvəl evlərə od vururlar” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasına görə Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Bu səbəbdən Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər tərk etdikləri evləri azərbaycanlılara qalmaması üçün yandırırlar.

Məqalədə qeyd olunur ki, Rusiya vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən müharibə zamanı öldürülən əsgərlərin nəşlərinin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub və ilk mübadilə noyabrın 14-də baş tutub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.