CƏMİYYƏT


“Diplomatiya könüllüləri” üçün onlayn görüşlərin keçirilməsinə başlanılıb

Bakı, 11 aprel, AZƏRTAC

2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Könüllülər ili” elan olunub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Könüllülər ili” çərçivəsində, XİN-in nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün onların COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması, evdə qaldıqları müddətdə zamanlarını səmərəli keçirmələri məqsədilə “Evdə Qal Mühazirələrdən Qalma” adı altında onlayn görüşlərin keçirilməsinə başlayıb.

Nazirlin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində könüllülərin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşləri keçirilir və müvafiq mövzular üzrə mühazirələr təşkil olunur.

Bu həftə ərzində Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Türkiyədəki səfiri Xəzər İbrahim, Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Argentinadakı səfiri Rəşad Aslanovun könüllülərlə videokonfransları baş tutub və səfirlər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, hər bir səfir tərəfindən akkreditə olunduğu ölkə (və təşkilat) ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.

Hazırda Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı geniş müzakirə edilib. Videokonfranslar zamanı, həmçinin COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Azərbaycan hökuməti tərəfindən aparılan hərtərəfli fəaliyyət xüsusi olaraq vurğulanıb.

Qeyd etmək istərdik ki, Azərbaycan hökuməti tərəfindən COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək və Azərbaycan gənclərinin evdə qalaraq maariflənməsinə töhfə olaraq diplomatik nümayəndəliklərimizin rəhbərlərinin “Diplomatiya Könüllüləri” üçün videomühazirələri davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.