MƏDƏNİYYƏT


Dizayner Rüfət İsmayılın kolleksiyası İstanbulda moda həftəsində nümayiş etdiriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də İstanbulda “Mercedes-Benz Fashion Week” çərçivəsində “Naz” Moda Evinin və Türkiyədə yaşayan dizayner Rüfət İsmayılın məhsuldar işinin nəticəsi olan “Naz by Rufat Ismayil” kolleksiyası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, “Naz by Rufat Ismayil” 2018-ci ilin yaz-yay mövsümünün geyimlərini “Fusion” adlı kolleksiyada təqdim edəcək. Podiuma Türkiyə moda biznesinin ulduzları Çağla Şikel, Özge Ulusoy, Şebnem Şeffer, Günay Musayeva çıxacaqlar.

“Naz by Rufat Ismayil”da qadın geyimləri 1800-cü illərin obrazları əsasında yaradılıb və bu, bir növ keçmişə yeni çalarda qayıtmaq olacaq. İpək, şifon, krujevadan hazırlanmış kolleksiyanı məxsusi aksesuarlar tamamlayacaq.

Kolleksiyanın kişi geyimlərinin nümayişində podiuma kikboksinq üzrə dünya çempionu Avatar Atakan çıxacaq. Dəfələrlə Rüfət İsmayılın kolleksiyalarını nümayişində iştirak edən Avatar Atakan digər dizaynerlərin dəfiləsində çıxış etməyib.

Rüfət İsmayıl yeganə Azərbaycan və Türkiyə dizayneridir ki, bu gün kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə göstərilir. Onun kolleksiyası, həmçinin “Pitti Uomo”da təqdim edilib ki, bu da həmvətənimizin dizayner istedadının beynəlxalq miqyasda tanınmasından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.