REGİONLAR
Dmitri Yablonski: Qəbələdə böyükdən kiçiyə kimi hamı musiqini sevir VİDEO
Qəbələ, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Həmişə olduğu kimi, festivalımız bu il də yüksək səviyyədə keçdi. Festivaldan qabaq həmişə həyəcanlanıram ki, görəsən necə keçəcək? Hər şey istədiyimiz kimi oldu. Festivalda yenə də məşhur orkestrlər, solistlər, ifaçılar iştirak etdi. “Kiyev virtuozları” simfonik orkestrinin konsertlərinin hər birini şah əsər (şedevr) adlandırmaq olar. Xüsusilə, azərbaycanlı gənc solistlərin, musiqiçilərin ifaları məni çox təəccübləndirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violonçel ifaçısı və dirijor Dmitri Yablonski avqustun 5-də, festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Festivalın konsertlərinə böyükdən kiçiyə kimi hamının böyük həvəslə gəldiyini vurğulayan Dmitri Yablonski Qəbələdə musiqinin çox sevildiyini bildirib.