DÜNYA
Donald Trampın tviter səhifəsi bərpa olunub
Bakı, 20 noyabr, AZƏRTAC
ABŞ-ın sabiq prezidenti Donald Trampın tviterdəki səhifəsi şənbə günü İlon Maskın siyasətçinin sosial şəbəkədəki hesabının blokdan çıxarılacağını elan etməsindən dərhal sonra bərpa olunub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün yazıları saxlanılır. Son mesaj 2021-ci il 8 yanvar tarixində yazılıb.
Cümə günü Mask tviter istifadəçilərinə Trampın hesabını blokdan çıxarıb-çıxarmamaq barədə sorğu ünvanlayıb. Sorğuda 15 milyona yaxın istifadəçi iştirak edib. Respondentlərin 51,8 faizi blokun açılmasının lehinə, 48,2 faizi əleyhinə səs verib.
Eyni zamanda, Donald Tramp şənbə günü verdiyi açıqlamada sorğunun nəticələrindən asılı olmayaraq, sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [12:46]
Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb
- 10.05.2024 [12:33]
Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub
- 10.05.2024 [12:04]
Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib
- 10.05.2024 [11:55]
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
- 10.05.2024 [11:38]
Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb
- 10.05.2024 [11:25]
Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir
- 10.05.2024 [11:25]
Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq
- 10.05.2024 [11:01]