İQTİSADİYYAT
Doqquz ayda 11919,5 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
Bakı, 20 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, yanvar-sentyabr aylarında ölkədə 11919,5 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qiymətli kağızlar bazarının ümumi emissiyasının 8,1 faizini səhmlər, 73,8 faizini Mərkəzi Bankın notları, 9,9 faizini dövlət istiqrazları, 8,2 faizini isə korporativ istiqrazlar təşkil edib. Bu dövr ərzində 565,3 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 8821,1 milyon manatlıq notları, 649,0 milyon manatlıq dövlət istiqrazları və 629,1 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
Doqquz ayda nominal dəyəri 434,9 milyon manat olan korporativ istiqrazlar, 267,7 milyon manatlıq səhmlər, 159,3 milyon manatlıq dövlət istiqrazları və 12,4 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.