ELM VƏ TƏHSİL


Dosent Mirağa Əhmədov: İşğalçı Ermənistanın rəhbərliyi çirkin niyyətlərindən əl çəkmir

Bakı, 26 oktyabr, AZƏRTAC

Bu gün işğalçı Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə qarşı çirkin niyyətlərindən əl çəkmir. Eyni zamanda, Ermənistanın silahlı qüvvələri möhtəşəm ordumuzun qarşısında tab gətirə bilmir və mövqelərindən geri çəkilir. Zəbt olunmuş bir çox ərazilərimiz, o cümlədən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərləri, bu rayonların bir sıra kəndləri işğalçılardan azad edilib. Bütün bunlara müzəffər Ali Baş Komandanın və ordumuzun qətiyyəti sayəsində nail olunub. İşğaldan azad olunmuş ərazilərimizdə yeni infrastruktur layihələri də həyata keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mirağa Əhmədov bildirib.

M.Əhmədov deyib: “Torpaqlarımızdan didərgin düşmüş soydaşlarımız öz el-obalarına qayıtmaq ərəfəsindədirlər. Bu xoşbəxt günləri bizə bəxş etdiyinə görə Azərbaycan Prezidenti, müzəffər Ali baş Komandan İlham Əliyevə və cəsur, mərd əsgərlərimizə təşəkkür edirik. Vətənin azadlığı uğrunda döyüşən ləyaqətli, vicdanlı əsgərlərimizin analarına isə minnətdarıq. O analar ki, dünyalar qədər sevdiyimiz Azərbaycanımızı yadelli düşmənlərdən qorumaq üçün cəsur, qeyrətli, mərd övladlar dünyaya gətiriblər. Onları dövlətimizə sədaqətlilik ruhunda tərbiyə edərək, Vətən sevgisi aşılayıblar. Əziz analar, sizin bir təbəssümünüz, sizin dualarınız yetər ki, tezliklə Qarabağımız işğaldan azad edilsin. Qüdrətli Azərbaycan dövlətimizin yeni tarixi yazılır. Qoy xalqımız və gələcək nəsillərimiz başlarını dik tutsunlar, məğrur olsunlar. Fəxr etsinlər ki, bizim Azərbaycan kimi qüdrətli dövlətimiz var. Bunu onlardan eşitməyə və görməyə dəyər! Uğur olsun Azərbaycan əsgəri!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.