CƏMİYYƏT


Dövlət Agentliyinin sədri “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, fond tərəfindən bu günə qədər 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, səfər Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.