ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində müxtəlif fənlər üzrə hazırlıq kursları təşkil olunub
Bakı, 19 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 15-dən 19-dək ingilis dili, Azərbaycan dili, kimya fənləri üzrə hazırlıq kurslarının 1-ci dərsi, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə isə 2-ci dərsi keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarının 1-ci dərsində moderatorlar yeni təhsil proqramlarının (kurikulumların) strukturu, məzmunu və mahiyyəti ilə bağlı, 2-ci dərsdə isə qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış ediblər.
Kursun iştirakçıları mövzularla bağlı fikir və təkliflərini bildiriblər. Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.