CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyi doqquz ayda 62 min 673 şəxsi işlə təmin edib

Bakı, 9 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 min 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 23 min 289-u ödənişli ictimai işlərə cəlb olunub.

Həmçinin agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 min 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 min 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar.

Qeyd olunan dövr ərzində agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.